“Neftçi”nin rəqibindən yeni transfer
18.06.2022 - 10:03
“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” yeni transfer həyata keçirib.
Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Limassol təmsilçisi Portuqaliyanın “Farense” klubundan yarımmüdafiəçi Mixlali Mayambelanı heyətinə qatıb.
Cənubi Afrikalı oyunçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Onun “Farense” ilə sözləşməsi bitdiyindən, “Aris”ə azad agent kimi keçib.
Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də Kiprdə, cavab görüşü isə ayın 28-də Azərbaycanda keçiriləcək.
- Qurban Qurbanov: “Azərbaycan futbolunu yaxşı heç nə gözləmir”
- Yüksək Liqa: III turun oyun cədvəli açıqlanıb
- “Araz-Naxçıvan”ın zədəli futbolçularının vəziyyəti açıqlandı
- Ayxan Abbasov: "Bir az səbirli olsalar," Qarabağ"a rəqib olacaqlar" - Müsahibə
- Arif Əsədov: "Hər futbolçu üçün millinin qapısı açıqdır"
0
0