Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, Qış İdman Növləri Federasiyasının bu turnirlərin Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində təşkil edilməsi ilə bağlı qərar qəbul edilib və turnirlər beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Avropa çempionatının 2026-cı ilin martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
- IBA bu boksçuya pul mükafatı verəcək
- Fanatların təzyiqi “Marsel”ə çıxış yolu qoymadı
- "Qarabağ" "Dinamo" səddini keçmək üçün nə etməlidir? - Geniş analiz
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
- Türkiyəli azarkeşlərdən komandalarına möhtəşəm dəstək - FOTO