![Dünya çempionatında ilk – hicablı futbolçu](https://apasport.az/storage/news/2023/july/30/big/64c63620e211964c63620e211a169071158464c63620e211764c63620e2118.jpeg)
Qadınlar arasında keçirilən dünya çempionatında maraqlı hadisə baş verib.
Apasport.az saytı xəbər verir ki, turnirin tarixində ilk dəfə meydana hicablı futbolçu çıxıb.
Bu, Mərakeş – Koreya Respublikası matçında qeydə alınıb. Mərakeş yığmasının üzvü Nuhayl Benzina meydana başı örtüklü çıxıb. Qarşılaşma onun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. FİFA baş katibi Jerom Valk qurumun baş örtüyünə icazə verdiyini bildirib: “Oyunlar zamanı qadınların başını bağlamasına icazə verilib. Kişilər də baş örütüyündən istifadə edə bilər. Örtüyün rəngi futbol geyimi ilə eyni olmalıdır”.
Qeyd edək ki, FİFA 2014-cü ildən baş ortüyü qadağasını ləğv edib. Bu qərara baxmayaraq, hicab yalnız Fransada qadağan olunub.