“Bayer”in yarımmüdafiəçisi Eksekiel Palasios karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Beşiktaş” argentinalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
“Qara qartallar” Palasiosu yay transfer pəncərəsində transfer etməyə çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə ilkin danışıqların artıq baş tutduğu bildirilir.
Qeyd edək ki, Leverkuzen təmsilçisi Palasiosu 2020-ci ilin yanvarında “River Pleyt”dən 17 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm “Bayer”in heyətində keçirdiyi 17 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Palasios 2022-ci ildə keçirilən dünya çempionatında Argentina millisinin heyətində çempion olub.
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
- Qurban Qurbanov: “Sevindiklərini görmədim” - MÜSAHİBƏ
- "Samsunspor" yolları ayırdı, "Fənərbaxça" heyətinə qatdı
- "Turan Tovuz" bunu bacaran 20-ci komanda oldu
- 67 ilin ən böyük sensasiyası – nəhənglər xal qazana bilmədi