Dünya çempionu karyerasını başa vurmağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, argentinalı yarımmüdafiəçi Alexandro Qomes istədiyi təklifi almayacağı təqdirdə futboldan gedəcək.
Papu Qomes kimi tanınan futbolçunun son klubu “Sevilya” olub. Hazırda azad agent olan 35 yaşlı oyunçu yeni təkliflər gözləyir: “Əgər gəlməsə, o zaman karyeramı bitirmək variantını nəzərdən keçirə bilərəm. Futbola hər şeyimi vermişəm. Kədərli bir qeydlə ayrılmaq istəmirəm”.
Qeyd edək ki, xüsusilə Fransa klublarının maraq dairəsində olan Qomes Argentina millisinin heyətində dünya çempionluğunu qazanıb.
- DÇ-2022 vədi: Pedri keçəl olacaq
- Mourinyodan Ancelottiyə atmaca: "Real" kimi klubu ancaq mənim kimi...
- Rusiya polisi Kadinin zədələnməsi ilə bağlı araşdırmaya başladı
- Cüdoçularımız ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər
- Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarını idarə edəcək hakimlər bəlli olub