
Futbol üzrə İspaniya çempionatının 27-ci turunun təxirə salınmış matçında lider "Barselona" "Osasuna" ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, kataloniyalılar 3 xalı 3 qolla qazanıb.
Ferran Torres, David Olmo və Robert Levandovskinin qollarıyla qələbə qazanan "Barselona" xallarının sayını 63-ə çatdırıb.
Beləliklə, "Real Madrid"i 3 xal qabaqlayan Hansi Flikin yetirmələri vahid lider kimi turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Xatırladaq ki, La Liqanın 27-ci turunda keçirilməsi nəzərdə tutulan "Barselona" - "Osasuna" matçı meydan sahiblərinin həkiminin oyundan əvvəl vəfat etməsi səbəbindən təxirə salınmışdı.