“Çelsi”dən “Tottenhem”ə
09.04.2025 - 21:28
"Çelsi"nin futbolçusu Noni Madueke Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli vingeri Londonun digər klubu "Tottenhem" heyətinə qatmaq istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
"Tottenhem" yayda onun klubu ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, "Çelsi" Noni Maduekeni 2023-cü ilin yayında PSV-dən transfer edib.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "zadəganlar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 8 qol, 4 assistlə yadda qalıb.
- “Çelsi”yə şok cəza: transfer qadağası ilə üzləşdi
- Fərid Namazov: "İmişli" olaraq bu etapı geridə qoymuşuq" - MÜSAHİBƏ
- Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub - Rəsmi
- Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışına start verilib - FOTO
- Azərbaycan şahmatçıları təlim-məşq toplanışına başlayıblar
0
0