Braziliya millisinin kapitanı Neymar bu dəfə əyləncə turu təşkil etməklə gündəm olub.
Apasport.az xəbər verir ki, “Əl-Hilal”ın hücumçusu öz gəmisində üç günlük səyahət təşkil edib.
Gəmi dekabrın 26-da axşam saat altıda Santosdan (futbolçunun doğma şəhəri) yola düşüb. Səyahət zamanı məşhur braziliyalı ifaçıların şənlikləri və konsertləri keçiriləcək. Gəmidə bir çox başqa əyləncələr də var: kazinolar, xüsusi mağazalar, boulinq, oyun otağı, 4D kinoteatr, su parkı, idman zalı, spa, teatr şouları və dünyanın hər yerindən mətbəxlər. Kruiz üçün biletin qiyməti min avrodan altı min avroya qədərdir.
Qeyd edək ki, bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində cəmi 5 oyun keçirən Neymar 1 qol vurub və 3 məhsuldar ötürmə verib. 31 yaşlı futbolçu hazırda zədəsini sağaltmaqla məşğuldur.
- Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar
- Qurbanov onu da bağışlamadı: Komandadan göndərildi
- “Neftçi”nin yeni Müşahidə Şurası təsdiqləndi
- Krakov-2023: Era və Keyşadan qələbə, cütlüklər qrupda qaldı - FOTOLENT
- ÇSKA-nın baş məşqçisi: “Bütün diqqətimizi “Qarabağ”la görüşə yönəltmişik”