“Əl-Nəsr”in yeni baş məşqçisi BƏLLİ OLDU
04.07.2026 - 13:52
Jorje Jezusla yollarını ayıran "Əl-Nəsr"in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini Anqe Postekoqlu çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstraliyalı mütəxəssislə 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Anqe Postekoqlu son olaraq UEFA-da analitik kimi çalışıb. 60 yaşlı məşqçi 2024/2025 mövsümündə "Tottenhem"lə UEFA Avropa Liqasının qalibi olub.
0
0