Emmanuel Addainin yeni klubu bəlli olub – Belçikaya yollandı
28.07.2026 - 09:40
Mövsümün sonunda "Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, qanalı hücumçu karyerasını Belçikada davam etdirəcək.
24 yaşlı futbolçu "Leuven" klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Emmanuel Addai 2024-cü ildən "Qarabağ"ın formasını geyinirdi. Transfer dönəmində onun adı İtaliya, İspaniya və İngiltərə klubları ilə hallansa da, futbolçu karyerasını Belçikada davam etdirmək qərarına gəlib.
0
0