Ərəblərdən Xaviyə təklif var
25.05.2025 - 14:22
“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Apasport.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Əl-Əhli”dən rəsmi təklif alıb.
Komandanı hazırda Matias Jaissle çalışdırsa da, klub cari çempionat başa çatdıqdan sonra məşqçini dəyişməyi ciddi şəkildə düşünür.
2024-cü ilin iyununda “Barselona”dan ayrılan Xavi o vaxtdan bəri işsizdir. Onun rəhbərliyi altında Kataloniya komandası La Liqa və İspaniya superkubokunun qalibi olub.
- Ağırlıqqaldıranımız Avropa birinciliyinin qalibi olub
- Tovuzda qollu bərabərlik - YENİLƏNİB
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
- Kristian Avram: "Baş məşqçi dəyişikliyi komandaya çox yaxşı təsir etdi" - Müsahibə
- "Çelsi" "Mançester Siti"ni geridə qoydu: Pereyra üçün təhlükə - VİDEO
0
0