“Fənərbaxça” 10 nəfərlə çempionluq şansını saxladı
19.05.2024 - 22:13
![“Fənərbaxça” 10 nəfərlə çempionluq şansını saxladı](https://apasport.az/storage/news/2024/may/19/big/664a423025859664a42302585a1716142640664a423025857664a423025858.webp)
Bu gün Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.
Apasport.az xəbər verir ki, lider "Qalatasaray" evdə "Fənərbaxça" ilə qarşılaşıb. Xal qazanacağı təqdirdə çempionluğu rəsmiləşdirəcək olan "cim-bom" "sarı-lacıvert"lərə 0:1 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu 71-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Çağlar Söyüncü vurub.
0
0