“Fənərbaxça” Livakoviçi rəsmiləşdirdi
25.08.2023 - 20:37

“Fənərbaxça” qapıçı Dominik Livakoviçin transferini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, 5 illik müqavilə imzalayıb.
Zaqreb “Dinamo”sundan gələn qapıçı üçün 6,65 milyon avro ödənilib. İstanbul təmsilçisi 950 milyon avro bonus şəklində ödəniş edəcək. Dominikin “Dinamo” ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi.
Qeyd edək ki, Livakoviç bu mövsümdə “Dinamo”nun heyətində 7 oyun keçirib. Zaqreb klubu Çempionlar Liqasında mübarizə dayandırdıqdan sonra qapıçı komandanı tərk etməyə qərar verib.
- Abubakar canlı yayımda üsyan etdi: "Artıq dözə bilmirik"
- “Yuventus” son dəqiqələrdə məğlubiyyətdən qurtuldu
- Millimiz dünya çempionatında növbəti matçına çıxır
- “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
- Rəşad Əzizli: “Şamaxı” kimi 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz” - MÜSAHİBƏ
0
0