“Fənərbaxça” prezidenti saxlanılıb
24.12.2025 - 20:53
“Fənərbaxça” prezidenti saxlanılıb

“Fənərbaxça”nın prezidenti Sadettin Saran “narkotik maddələrin təmin edilməsi” və “narkotik maddələrdən istifadəyə kömək” ittihamları ilə polis tərəfindən saxlanılıb.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Xatırladaq ki, Saran İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi narkotik əməliyyatı çərçivəsində saxlanılan idman şərhçisi Ela Rümeysa Cebecinin ifadəsi əsasında istintaqa cəlb edilib.

İstintaq zamanı klub rəsmisinin narkotik testinin nəticəsinin müsbət olduğu bildirilib. O isə prokurorluqda verdiyi ifadəsində irəli sürülən ittihamları qəbul etməyib.