“İmişli”dən ilin ilk transferi - razılaşma əldə olunub
24.12.2025 - 21:47
Misli Premyer Liqasında mövsümün sürpriz komandasına çevrilən “İmişli” transfer işlərinə başlayıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub artıq ilk keçidi tamamlamaq üzrədir.
Aran təmsilçisi Seyxan Fərəcovla anlaşıb. Tərəflər transfer barədə razılığa gəliblər. Hazırda danışıqlar son mərhələdədir.
Xatırladaq ki, "İmişli" 24 yaşlı oyunçu ilə mövsümün əvvəlində yollarını ayırmışdı.
Qeyd edək ki, hücumçu hazırda MOİK-in şərəfini qoruyur. O, I Liqada bombardirlər siyahısına liderlik edir. Forvardın aktivində 11 oyundan sonra 11 qol var.
0
0