“Fənərbaxça” – “Qalatasaray” oyunun hakimi açıqlandı
06.01.2023 - 15:12
Türkiyə Super Liqasının XVIII turu çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” oyununun hakimi açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, derbi Halil Umut Melerə həvalə olunub.
Yanvarın 8-də İstanbulda “Ülkər” stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, 16 turdan sonra “Qalatasaray” 36 xalla turnir cədvəlinin lideridir. Rəqibindən bir xal az toplayan “Fənərbaxça” isə ikinci sırada yer alıb.
- Millimiz Böyük Dəbilqə turnirinə 9 cüdoçu ilə yollanır
- “Napoli” futbolçusunu “Əl-Əhli”yə satır
- Karateçilərimiz Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub
- Super Liqa: “Beşiktaş” autsayderlə bacarmadı
- Yığmamızın sabiq legioneri: “Milliyə oynamaq istəyənləri çağırmaq lazımdır” - MÜSAHİBƏ
0
0