"İnter" "Mançester Yunayted"in müdafiəçisi ilə maraqlanır
13.04.2024 - 14:49
!["İnter" "Mançester Yunayted"in müdafiəçisi ilə maraqlanır](https://apasport.az/storage/news/2024/april/13/big/661a5c16eb618661a5c16eb6191713003542661a5c16eb614661a5c16eb616.jpg)
"İnter" "Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka ilə maraqlanır.
Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, İngiltərə klubu 26 yaşlı ingilislə 15 milyon avroya ayrılmağa hazırdır.
Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. "İnter" Van-Bissakanı Denzel Dümfrisin əvəzləyicisi kimi nəzərdən keçirir.
Bu mövsüm Van-Bissaka bütün yarışlarda 21 matçda iştirak edib və 3 məhsuldar ötürmə edib.
0
0