Türkiyənin "Fənərbaxça" klubu İsmailla Sarrın transferini yekunlaşdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi seneqallı cinah hücumçusu ilə şəxsi müqavilənin bütün şərtləri üzrə razılığa gəlib. Hazırda klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, 28 yaşlı İsmailla Sarr hazırda İngiltərənin "Kristal Pelas" klubunun formasını geyinir.
O, ötən mövsüm bütün turnirlərdə 44 oyunda 11 qol vurub və 8 məhsuldar ötürmə edib.
Futbolçunun London klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
- Millimiz Avropa kubokunda qızıl medal qazanıb
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- "Sabah" qolkiperi ilə müqavilə yeniləyib
- İspaniyalı futbolçu zədələndi - HEYƏTDƏN KƏNARLAŞDIRILDI
- Paris-2024: Azərbaycan cüdoçusu Olimpiadanın qızıl medalını qazandı! - YENİLƏNİB