“Fənərbaxça”da ayrılıq – Emre Demir “Alanyaspor”a keçdi
25.08.2026 - 16:05
“Fənərbaxça”da ayrılıq – Emre Demir “Alanyaspor”a keçdi

“Alanyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbaxça”dan Emre Demiri transfer etdiyini açıqlayıb.

22 yaşlı yarımmüdafiəçi bundan sonra Alanya klubunun formasını geyinəcək.

Tərəflər transferin maliyyə detalları və müqavilənin müddəti barədə məlumat verməyib.

Emre Demir karyerası ərzində “Kayserispor”, “Barselona B” və Türkiyənin müxtəlif klublarında çıxış edib.