"Fənərbaxça"nın forvardı üçün astronomik təklif
20.11.2024 - 17:17

Səudiyyə Ərəbistanı klublarından “Əl-Nəsr” “Fənərbaxça”nın forvardı Yusuf En-Nesri üçün astronomik təklif edib.
Apasport.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Əl-Nəsr” 27 yaşlı hücumçu üçün 30 milyon avronu gözdən çıxarıb.
Xəbərdə bildirilib ki, “sarı-lacivərdlilər” bu təklifi rədd edib.
Buna səbəb son vaxtlar En-Nesrinin Mərakeş millisində və “Fənərbaxça”da ardıcıl qollar vurmağa başlamasıdır.
Qeyd edək ki, mərakeşli hucümçu bu ilin yay ayında İspaniyanın “Sevilya” klubundan 19,5 milyon avroya İstanbul təmsilçisinə transfer olunmuşdu.
- Höccət Haqverdinin “Neftçi” ilə ARZULARI - VİDEO
- UEFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycan futbolu üçün investisiya yatıracağıq"
- UEFA “Qarabağ”ın ÇL-dəki potensial rəqiblərini 5-ə endirdi - ADLAR
- Keçmiş kapitana komanda tapılmadı
- Sedat Saini: “Bayer”ə bu mövsüm ən çox problem yaradan komanda “Qarabağ” oldu" - Müsahibə
0
0