"Fənərbaxça"nın Kante transferi baş tutmadı: "ƏL-İTTİHAD" SƏBƏBİNDƏN
03.02.2026 - 16:20
"Fənərbaxça"nın Nqolo Kante transferi baş tutmayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb "Əl-İttihad"ın məsuliyyətsizliyi olub. Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi sənədləri yanlış yükləyib və yenidən cəhd edərkən transfer pəncərəsi bağlanıb.
"Fənərbaxça" hadisə ilə bağlı FIFA-ya müraciət edərək qurumdan əlavə müddət tələb edib.
FIFA-nın bu tələbə nə cavab verəcəyi hələ ki, bəlli deyil.
Qeyd edək ki, klublar Yussuf En-Nesiri ilə Nqolo Kanteni dəyişdirəcəkdilər.
- Millətlər Liqasında fasilə öncəsi son oyunlar: 6 qrupda 12 matç
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
- Rauf Əliyev: "Məşqçilik karyerası barədə düşünürəm" - Müsahibə
- Bu gün "Böyük Dəbilqə"də 4 cüdoçumuz mübarizə aparacaq
- Ronaldo Mbappe və Keyni keçdi
0
0