“Fənərbaxça”nın Konfrans Liqasındakı rəqibi baş məşqçi ilə yolları ayırdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, Bolqarıstan “Ludoqorets”i avrokuboklarda İstanbul klubu ilə oyuna 3 gün qala İvaylo Petevi istefaya göndərdiyini açıqlayıb.
Komandanın dünən çempionatda “Arda” ilə matçı heç-heçə (0:0) bitirməsi klub rəhbərliyinin qəzəbinə səbəb olub. Oyundan sonra baş məşqçi ilə görüşən idarə heyəti qərarını Petevə bildirib. Hazırda komanda topladığı 24 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.
Qeyd edək ki, Konfrans Liqasının “Fənərbaxça” – “Ludoqorets” görüşü oktyabrın 26-da keçiriləcək.
- Rüfət Quliyev: "Bunun özü də təzyiqdir və futbolçulara təsir edir"
- Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib
- DÇ-2026: Misirin heyəti bəlli oldu - Salah, Marmuş...
- Adrian Pit: "Qarabağ"ın özünə də bir neçə il lazım gəldi” - MÜSAHİBƏ
- Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD