“Fənər”in futbolçusu ölkəsinə qayıda bilər
13.03.2026 - 13:20
"Fənərbaxça"nın futbolçusu Fred karyerasını ölkəsində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Atletiko Mineyro" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
"Sarı-lacivərdlilər" Fredi satmağın əleyhinə deyil. Türkiyə klubu 33 yaşlı oyunçu üçün 12 milyon avro tələb edir.
Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ilin yayında "Mançester Yunayted"dən transfer edib. Braziliya millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 117 rəsmi matçda 15 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0