“Fənər”in heyətində ciddi itki
06.04.2026 - 23:50
“Fənər”in heyətində ciddi itki

“Fənərbaxça”nın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı oyunçularından biri olan Marko Asensio sıradan çıxıb.

İspaniyalı futbolçu Türkiyə çempionatının XXVIII turunda “Beşiktaş”la keçirilən matçın 24-cü dəqiqəsində dizindən zədələnərək meydanı tərk edib.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi ayın 12-də “Kayserispor”la keçiriləcək səfər oyununda iştirak etməyəcək.

Qeyd edək ki, “Fənərbaxça” Marko Asensionu mövsümün əvvəlində PSJ-dən transfer edib. İspaniya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində keçirdiyi 37 rəsmi matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.