“Ayntraxt”da yeni hücumçu
25.01.2025 - 12:27
![“Ayntraxt”da yeni hücumçu](https://apasport.az/storage/news/2025/january/25/big/6794a0ee8f6826794a0ee8f68317377937746794a0ee8f6806794a0ee8f681.webp)
"Ayntraxt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Almaniya klubu "Marsel"dən Elye Vaini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ayntraxt" 22 yaşlı forvard üçün Fransa təmsilçisinə 26+3 milyon avro təzminat ödəyəcək.
Fransalı hücumçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
0
0