Salah Anrinin rekordunu qırdı
27.10.2023 - 17:54
![Salah Anrinin rekordunu qırdı](https://apasport.az/storage/news/2023/october/27/big/653b9c1a92b2f653b9c1a92b301698405402653b9c1a92b2d653b9c1a92b2e.png)
“Liverpul”un hücumçusu Məhəmməd Salah avrokuboklarda ən çox qol vuran Premyer Liqa təmsilçisi olub.
Apasport.az xəbər verir ki, misirli futbolçu Avropa Liqasının “Tuluza”ya qarşı keçirilən görüşündə fərqlənərək qitə kuboklarında 43-cü qolunu vurub. Məhəmməd bu göstərici ilə “Arsenal”da 42 qol vuran fransalı forvard Tyerri Anrini keçib.
Qeyd edək ki, “Liverpul” – “Tuluza” matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0