“Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda PSJ-yə 2:4 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, oyundan sonra kataloniyalıların baş məşqçisi Hans-Diter Flik qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Almaniyalı mütəxəssis PSJ-nin üstünlüyünü etiraf edib:
“Bu, hər iki komandanın ifasında möhtəşəm oyun idi. PSJ bizdən daha güclü olduğunu sübut etdi. Rəqib keçid fazalarında, yəni əks-hücumlarda çox güclüdür. Bundan əlavə, son 10 dəqiqədə fiziki baxımdan təravətimiz çatmadı. Amma bu, bəhanə deyil. Bu oyuna ən yaxşı şəkildə hazırlaşmamışdıq. Baş verənləri təhlil etməli və daha yaxşı oynamalıyıq”.