Sakanın qolu “Arsenal”a qələbə qazandırdı
01.09.2026 - 00:57
Sakanın qolu “Arsenal”a qələbə qazandırdı

İngiltərə Premyer Liqasında II tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün 1 qarşılaşma baş tutub.

Son çempion "Arsenal" səfərdə "Aston Villa" ilə üz-üzə gəlib.

Gərgin keçən görüşün taleyini 1 qol həll edib. Bukayo Sakanın vurduğu qol "topçular"a minimalhesablı qələbə qazandırıb - 1:0.