Bu gün Misli Premyer Liqasında VIII tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Tura Gəncədə yekun vurulacaq. "Kəpəz" "Zirə"ni qəbul edəcək.
"Sarı-göylər" qələbə qazanaraq turnir cədvəlində irəliləmək niyyətindədir.
"Qartallar" isə "Kəpəz"lə xal fərqini artırmaq arzusundadır.
Misli Premyer Liqası
VIII tur
18 oktyabr
18:30. "Kəpəz" – "Zirə"
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu