Bu mövsüm "Kəpəz"dəki performansı ilə diqqətləri üzərinə çəkən Giorgi Papunşaviliyə Azərbaycan Premyer Liqasında maraq göstərən komandaların sayı artmaqdadır.
Apasport.az saytına verilən məlumata görə, gürcü futbolçu "Səbail" və "Zirə"nin maraq dairəsindədir.
Hər iki komanda onu yeni mövsüm üçün heyətində görmək istəyir. Amma onun hazırkı komandası olan "Kəpəz" də yarımmüdafiəçi ilə müqavilə müddətini artırmağı planlaşdırır.
Qeyd edək ki, buna qədər 28 yaşlı futbolçu "Dinamo"(Tbilisi), "Saraqosa", "Verder"(Bremen), "Apollon"(Limassol0, "Radniçki Niş", "Torpedo"(Kutaisi), "Samtrediya", "Telavi" komandalarında da oynayıb.
- Azərbaycan çempionatında finalçılar bilindi
- Qurban Qurbanov: “Ölkə futbolu üçün özümüzü qurban verməyə hazır olmalıyıq”
- Alman yarımmüdafiəçi daha 4 il “Dortmund”da - RƏSMİ
- “Azərreyl”in İspaniya klubu ilə oyunlarının vaxtı dəqiqləşdi
- Emin İmaməliyev: "Fikrimcə, "Qarabağ" "Lion" üzərində layiqli qələbə qazanacaq"