Fofana Fransaya qayıtdı
01.01.2025 - 22:57

“Əl-Nəsr”in futbolçusu Seko Fofana komandanı tərk edib.
Apasport.az xəbər verir ki, o, karyerasını Liqa1-də davam etdirəcək.
Yarımmüdafiəçi “Renn”ə keçib. Fransa klubu 29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Fil Dişi Sahilindən olan Fofana 2023-cü ildə “Lans”dan “Əl-Nəsr”ə keçmişdi.
Qeyd edək ki, Fofana Asiya klubunda 19 oyunda 2 qol və 1 assistə imza atıb.
- Hidayət Heydərov Olimpiya çempionu oldu!
- Azərbaycan Premyer Liqası dünya reytinqində 19 pillə irəlilədi
- Bəxtiyar Həsənalızadə: “Təkliflərim var idi, xaricə getmək variantını gözləyirdim” - MÜSAHİBƏ
- “Aris”in sahibi: “Neftçi” üzərində qələbə əsl bayramdır”
- Tarik Elyunissi: “Qarabağ” rəqibi üzərində üstünlüyə sahibdir”
0
0