Fransa millisinə şok: EKİTİKE DÜNYA ÇEMPİONATINI BURAXACAQ
15.04.2026 - 20:33
Fransa millisinə şok: EKİTİKE DÜNYA ÇEMPİONATINI BURAXACAQ

Fransa millisində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Hüqo Ekitike dünya çempionatını buraxacaq.

"Liverpul"un futbolçusunun PSJ ilə matçda aldığı zəddə ciddi olub. O, mövsümün geri qalan hissəsində meydana çıxmayacaq.

Hücumçu Axilles vətərində yırtıq meydana gəlib. Bunun yaxın müddətdə klub tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Qeyd olunur ki, ən yaxşı ssenaridə onun meydana qayıtması 9 ay çəkəcək.