Futbol tarixində 13 min qola çatan ilk komanda
01.04.2024 - 12:57
Braziliya A Seriyası komandası olan “Flaminqo” “Nova İquaku”ya vurduğu qollarla tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, Braziliya Liqasının A Seriyasının final mərhələsinin ilk oyununda “Flaminqo” öz meydanında “Nova İquakunu” qəbul edib.
Rəqibini səfərdə 3:0 hesabı ilə məğlub edən “Flaminqo”ya qələbə qazandıran qolları Pedro (2) və Ronald dos Santos Silva (avtoqol) vurub.
Pedro matçda komandasının 2-ci qolunu vuraraq, klub tarixinin 13 000-ci qoluna imza atıb.
Beləliklə, Braziliya komandası futbol tarixində bu göstəriciyə çatan ilk komanda oldu.
- "Real"dan darmadağın: Arda tarixi qolu qaçırdı - VİDEO
- Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı
- Rəşad Əzizli: “Şamaxı” kimi 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz” - MÜSAHİBƏ
- Azərbaycan güləşçisi Avropa 2-cisi oldu
- Rəşad Sadıqov: "Şamaxı" xarakterli komandadır"
0
0