İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” klubunun idman strukturundakı rəhbər vəzifəsindən ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
İbrahimoviçin bu qərarı öz istəyi ilə verdiyi, yoxsa klubun sahibi Cerri Kardinalenin təşəbbüsü ilə vəzifəsindən ayrıldığı hələlik məlum deyil. Bununla belə, “Milan”ın baş məşqçisi Ruben Amorimin bu qərarda heç bir rolunun olmadığı bildirilir.
İsveçli sabiq hücumçu klubun sahibi olan “RedBird Capital Partners” şirkətində baş məsləhətçi vəzifəsini davam etdirəcək.
Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında keçirdiyi 6 oyundan sonra 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.