İlin oyunçusu adına namizədlər bəlli oldu
12.12.2023 - 22:10
![İlin oyunçusu adına namizədlər bəlli oldu](https://apasport.az/storage/news/2023/december/12/big/6578a23516cf86578a23516cf917024046616578a23516cf66578a23516cf7.jpg)
"Globe Soccer Awards" ilin oyunçusu mükafatına namizəd finalçıların adları müəyyənləşib.
Apasport.az xəbər verir ki, yekun siyahıda 11 futbolçunun adı yer alıb:
Cud Bellinqem, Vinisius Junior (hər ikisi "Real"), Kərim Benzema ("Əl-İttihad"), Kevin De Brüyne, Erlinq Haaland, Bernardo Silva (hər üçü "Mançester Siti"), Kilian Mbappe (PSJ), Lionel Messi ("İnter Mayami"), Viktor Osimhen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kriştiano Ronaldo (“Əl-Nəsr”).
Qalibin adı 2024-cü il yanvarın 19-u açıqlanacaq.
Qeyd edək ki, mükafatın son sahibi "Əl İttihad"ın hücumçusu Kərim Benzemadır.
0
0