Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək
10.10.2024 - 13:33
![Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək](https://apasport.az/storage/news/2024/october/10/big/67079fcb78d5867079fcb78d59172855290767079fcb78d5667079fcb78d57.jpg)
Bakıda bədii gimnastika üzrə ”Winter Fairytale” beynəlxalq turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.
Yarış dekabrın 14-15-də Milli Gimnastika Arenasında təşkil ediləcək.
AGF-dən bildirilib ki, tədbir 2009-2018-ci il təvəllüdlü gimnastların nağılları xatırladan çıxışlarını və qışın sehrini bir araya gətirəcək.
0
0