İmmobile "Beşiktaş" üçün İstanbula gəlir
08.07.2024 - 14:52
![İmmobile "Beşiktaş" üçün İstanbula gəlir](https://apasport.az/storage/news/2024/july/08/big/668bc4db69c0f668bc4db69c101720435931668bc4db69c0d668bc4db69c0e.jpeg)
Yeni mövsüm hazırlıqlarına davam edən “Beşiktaş” yeni tranferini rəsmiləşdirməyə yaxındır.
“Ağ-qaralar” italiyalı hücumçu Çiro İmmobileyə təklif göndərib. Apasport.az xəbər verir ki, Türkiyə mətbuatına görə, artıq futbolçu ilə razılıq əldə olunub.
İmmobilenin yaxın günlərdə İstanbula gəlməsi gözlənilir. Transfer rəsmiləşəcəyi təqdirdə, italiyalı növbəti 2 ildə Türkiyə klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Çiro İmmobilenin 34 yaşı var və Seriya A təmsilçisi “Latsio”ya məxsusdur.
0
0