
Tarixin ən yaxşı futbolçularından sayılan Lionel Messi ilə Kriştiano Ronaldonun Qətərdə təşkil edilən dünya çempionatı öncəsi birgə paylaşımı ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Apasport.az saytının məlumatına görə, superulduzların çəkilən fotodan nə qədər qazandığı bəlli olub.
Bir moda markasının sponsorluğu ilə çəkilmiş rəsmin amerikalı fotoqraf Annie Leibovitzə 4,3 milyon dollara başa gəldiyi bildirilib. Şəkili eyni anda sosial media hesablarında paylaşan cütlükdən Ronaldo 2,4 milyon, Messi isə 1,7 milyon dollar alıb.
Qeyd edək ki, Messi ilə Ronaldonun şəkilləri ayrı-ayrı vaxtlarda çəkilib və daha sonra montaj edilib.
- Yığmamızın futbolçusu: “İnanıram ki, Şimali İrlandiyaya qalib gələcəyik” - MÜSAHİBƏ
- Kombuare: “Qarabağ”a yaxşı komanda olduğumuzu sübut etməliyik”
- Yaponiyanın cüdo əfsanələri Bakıya gələcək
- Xavi: "Çempionlar Liqasını tərk etməyimiz təəssüf doğurur"
- Rauf Hüseynli: "Növbəti mərhələyə çıxmaq şansımızı itirməmişik"