"İnter" "Napoli"nin yarımmüdafiəçisini almaq istəyir
03.01.2024 - 11:31
!["İnter" "Napoli"nin yarımmüdafiəçisini almaq istəyir](https://apasport.az/storage/news/2024/january/03/big/6594fe58bcded6594fe58bcdee17042632566594fe58bcdeb6594fe58bcdec.jpg)
"Napoli" rəhbərliyi hələ də yarımmüdafiəçi Piotr Zielinski ilə yeni müqavilə imzalamaq üçün anlaşa bilməyib.
Apasport.az xəbər verir ki, əgər tərəflər razılığa gələ bilməsələr, o zaman "İnter" hərəkətə keçəcək.
Neradzurrilər Peterlə müqavilə bağlamaqda maraqlıdırlar. "İnter" 29 yaşlı polşalıya 4,5 milyon avro maaşla uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Zielinski 2016-cı ildən Neapolitan komandasında çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "Napoli"nin heyətində 23 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
0
0