"İnter"in hücumçusu “Atletiko” yolunda
30.05.2025 - 14:18

Lautaro Martinez “Atletiko”da Antuan Qrizmannı əvəz edə bilər.
Apasport.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi klubu tərk edə biləcək Qrizmanna əvəzləyici axtarır.
34 yaşlı fransız “Los-Anceles”lə danışıqlar aparır. "Atletiko" fransızın yerinə "İnter"in hücumçusu Lautaro Martinesi transfer etməyi planlaşdırır.
Potensial sövdələşmənin təfərrüatları açıqlanmayıb.
Ötən mövsüm Martinez "İnter"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Millimiz 1/4 finalda
- PFL-in yeni prezidenti: “Bu, oyunların şəffaf keçirilməsinə böyük köməklik göstərəcək”
- Millimizin baş məşqçisi: “Meydan amilindən istifadə etmək istəyirik”
- PSJ ənənəsi və ya Fransa klubuna gəldinsə...
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
0
0