İran derbisində qarşıdurma: YARALILAR VAR
27.01.2025 - 21:19
![İran derbisində qarşıdurma: YARALILAR VAR](https://apasport.az/storage/news/2025/january/27/big/6797c063b65736797c063b657417379984356797c063b65716797c063b6572.jpeg)
Dünən İsmail Kartalın rəhbərlik etdiyi “Persopolis” “Traktor Sazi”lə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş türkiyəli mütəxəssisin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Matçdan dərhal sonra azarkeşlər arasında qarşıdurma yaşanıb.
3-ü qadın olmaqla 32 nəfər xəsarət alıb.
Qeyd edək ki, bu nəticə ilə “Persopolis” 33 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0
0