İsak şou göstərdi – Matçın ən yaxşısı seçildi
15.06.2026 - 08:36
İsak şou göstərdi – Matçın ən yaxşısı seçildi

İsveç millisinin futbolçusu Aleksander İsak Tunisə qarşı oyunun ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, hücumçu DÇ-2026-nın qrup mərhələsində keçirilən görüşdə oyunu ilə diqqət çəkib.

İsak görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçin ikinci qolunu vuran hücumçu fasilədən sonra Viktor Gyökereşin qolunda ötürmənin müəllifi olub.

Qeyd edək ki, İsveç Tunisə 5:1 hesabı ilə qalib gəlib.