"Hatayspor"un futbolçusu məhkəmənin qərarından sonra qaçıb? - SƏBƏB
29.11.2022 - 20:11
Türkiyənin "Hatayspor" klubunun portuqaliyalı futbolçusu Ruben Ribeyro barədə qalmaqallı iddia ortaya atılıb.
Apasport.az saytı Portuqaliyanın "A Bola" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi həyat yoldaşına qarşı zorakılıq edib.
Məhkəmə təcrübəli oyunçunu ev dustaqlığına məhkum edib və elektron qolbaqla gəzmək cəzası kəsib.
Lakin cihazın quraşdırılması üçün futbolçunun evinə gedən rəsmilər onu tapmayıblar. İddiaya görə o, Türkiyəyə qaçıb.
Qeyd edək ki, Ruben Ribeyro 2020-ci ildə "Hatayspor"a keçib.
- Əvəzedicilər liqası: XVIII turun oyun cədvəli
- Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib - FOTO
- Elmar Baxşıyev: "Bizdə əsas heyət anlayışı yoxdur"
- Konfrans Liqası: II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək - YENİLƏNİR
- Ertem Şener İTV-yə müraciət etməyibmiş - Amma bu matçda şərhdə olacaq
0
0