İsmail Kartalın komandası kubokda məğlub oldu
12.02.2025 - 20:22
![İsmail Kartalın komandası kubokda məğlub oldu](https://apasport.az/storage/news/2025/february/12/big/67acdeadbc54467acdeadbc545173938244567acdeadbc53a67acdeadbc543.jpeg)
Bu gün İran kubokunda 1/16 final mərhələsinin oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis İsmail Kartalın rəhbərlik etdiyi "Persopolis" səfərdə "Sepahan" ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə oynanılan dəqiqələrdə ev sahibləri hesabı 3:2 edərək, rəqibini məğlub edib və adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, İsmail Kartal "Persopolis"ə rəhbərlik etdiyindən bəri, komanda 2 qalibiyyət, 2 heç-heçə, 2 məğlubiyyət yaşayıb.
0
0