İspaniya millisi baş məşqçi ilə yeni müqavilə imzalayıb
27.01.2025 - 17:56
![İspaniya millisi baş məşqçi ilə yeni müqavilə imzalayıb](https://apasport.az/storage/news/2025/january/27/big/67978dfca67fd67978dfca67fe173798553267978dfca67f367978dfca67fc.jpg)
İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis de la Fuente ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə yeni müqavilə 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Luis de la Fuente 2022-ci ilin dekabrından İspaniya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatının qalibi olub.
0
0