İspaniya millisinin üzvü Fransada çıxış edə bilər
28.05.2025 - 22:58

Fransa Liqa 1 təmsilçilərindən “Marsel” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, komanda “Əl-Nəsr”də çıxış edən Emerik Laport ilə şifahi razılığa gəlib.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
İddialara görə, müdafiəçinin yaxın günlərdə klubla müqavilə imzalaması gözlənilir.
Xatırladaq ki, 31 yaşlı oyunçu "Əl-Nəsr"ə 2023-cü ildə "Mançester Siti”dən 27,5 milyon avroya transfer olunmuşdu.
İspaniya millisinin üzvü bu mövsüm komandasının heyətində iştirak etdiyi 30 rəsmi matçda 5 qolla yadda qalıb.
- Azərbaycan millisinin hücumçusu Türkiyə klubu ilə müqavilə bağladı
- Yoxlama görüşündə qol vuran Mahir Emreli: “Yaxşı deyildim”
- “Neftçi” Super Liqa klubu ilə heç-heçə etdi - YENİLƏNİB
- "Kəpəz"in legionerinə yerli "müştərilər"
- Millimizin baş məşqçisi: “Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq”
0
0