İsveç millisinə yeni baş məşqçi təyin edildi
27.02.2024 - 17:29
![İsveç millisinə yeni baş məşqçi təyin edildi](https://apasport.az/storage/news/2024/february/27/big/65dde4715c00565dde4715c006170904075365dde4715c00365dde4715c004.jpg)
İsveç yığmasının yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibinə Yon Dal Tomasson rəhbərlik edəcək.
İsveçlilərin Dahl Tomassonun rəhbərliyi altında ilk rəsmi oyunu C Liqasında Azərbaycana qarşı olacaq. İsveç yığması sentyabrın 5-də danimarkalı mütəxəssisin rəhbərliyi altında Bakıda millimizlə qarşılaşacaq.
Tomassonla anlaşma DÇ-2026-nın seçmə mərhələsinin sonuna kimi nəzərdə tutulub. O, bir neçə həftə əvvəl “Blekbern”in baş məşqçisi vəzifəsindən istefa verib.
0
0