İtaliya millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ
30.08.2025 - 18:47
İngiltərənin "Nottingem Forest" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "qırmızılar" "Yuventus"dan Nikolo Savonanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Nottingem Forest" italiyalı futbolçu üçün Turin klubuna 15 milyon avro ödəyəcək.
Premyer Liqa təmsilçisi 22 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü ötən mövsüm "qoca sinyora"nın heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan hakimləri üçün fiziki hazırlıq məşqləri təşkil olunub
- “Barselona”nın yetirməsi “Real”dan imtina etdi
- Voyislav Stankoviç: "Neftçi"nin fasiləsindən sonra necə olacağını bilmirəm” - MÜSAHİBƏ
- Vüsal İsgəndərli 3 klubla "Qarabağ"a qol vurmasından danışdı - MÜSAHİBƏ
- “Leççe”nin üzvü “Yunayted”də - rəsmi
0
0