“Bavariya”dan son 23 ilin antirekordu
02.11.2023 - 11:52
![“Bavariya”dan son 23 ilin antirekordu](https://apasport.az/storage/news/2023/november/02/big/65434cf7ed16b65434cf7ed16c169890943165434cf7ed16865434cf7ed16a.png)
“Bavariya” son 23 ilin antirekorduna imza atıb.
Apasport.az xəbər verir ki, Münhen klubu Almaniya kubokunun II mərhələsində 3-cü liqa təmsilçisi “Saarbrüken”ə məğlub olub.
“Bavariya” 23 ildən sonra kubokda mübarizəni belə erkən dayandırıb. Münhenlilər 90+6 dəqiqədə buraxdığı qolla 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək bu qarşılaşmanın 75-ci dəqiqəsində “Bavariya”nın əsas oyunçularından sayılan Matteys de Liqt zədələnərək əvəzlənib.
0
0