Kazemiro MLS yolunda: “İnter Mayami” hərəkətə keçdi
21.02.2026 - 12:53
Mövsümün sonunda “Mançester Yunayted”i tərk edəcəyi dəqiqləşən Kazemiro karyerasını MLS-də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, braziliyalı yarımmüdafiəçi ilə Lionel Messinin çıxış etdiyi “İnter Mayami” yaxından maraqlanır.
33 yaşlı futbolçunu həmçinin Braziliyanın “San-Paulo” klubu da heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Kazemiro bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 25 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Basketbolçularımızın Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
- Portuqaliya millisinin AVRO-2024 heyəti açıqlandı: Ronaldo qərarı
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- “Murov Az Terminal”da iki yeni hücumçu
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0